KONSEPTİMİZ

Yüksək səviyyəli xidmət

Nüvə Təbabəti Mərkəzinin fəaliyyətinin əsas prinsipi Sizə yüksək səviyyəli müayinə təqdim etməkdir.


Sizin üçün özəl olaraq hazırlanmış otaqlarda özünüzü rahat hiss etməniz üçün hər cür şərait və xoş dizayn təşkil edilmişdir.


Xəstələrə şəfqət duyğusu, şəxsiyyətə ehtiram aşılayan yüksək hazırlıqlı, gülərüz personalımız tərəfindən müasir standartların tələblərinə tam cavab verən peşəkar xidmət göstərilir.

KADR HEYƏTİ

Həkim heyətimizlə yanaşı, mərkəzdə çalışan əczaçı, fizik, mühəndis, kimyaçılar, hətta kiçik və orta tibbi personalımız da xaricdə təhsil almış, yüksək praktik biliklərə sahib enerjili kadrlardır. Çalışanlar arasında bu sahə üzrə böyük təcrübəyə malik olan xarici mütəxəssislər də vardır.

BİZİ İZLƏYİN