ÜRƏYİN CANLILIQ MÜAYİNƏSİ

Müayinənin əhəmiyyəti nədir və nələri bilmək vacibdir?

Ürəyin sol mədəcik çatışmazlığı – adekvat qan dövranını təmin edən ürək əzələsinin (miokard) yığılma qabiliyyətinin zəifləməsi, orqanizmin funksional təchizatının təmin edilə bilinmə­məsi və ölüm riskinin artması ilə nəticə­lənən kompleks bir sindromdur. Yaşlı əhalinin xəstəxa­naya yatışlarının başlıca səbəbi ürək çatışmaz­lığıdır. Ürək çatışmazlığının yaranma səbəb­lərinin üçdə ikisi ürəyin işemik xəstəliyidir (ÜİX). Sübut olunmuşdur ki, qeyri-funksional amma canlı olan miokardın qan təchizatı təmin edilərsə, həmin miokard toxumasının yığılma qabiliyyəti də bərpa olur.


ÜİX və ciddi sol mədəcik çatışmazlığı (sol mədəcik atım fraksiyası – EF <35%) olan xəstələrin müalicə­sində dərman terapiyası, tac damarların stent­lən­məsi və şuntlama əməliyyatı əsas müalicə metod­ları­­dır. Araşdırmalar göstərir ki, kifayət qədər canlı ürək toxuması olan xəstələr­də müdaxilə (stentləmə və şuntlama) sonrası nəticə­­lər daha yaxşı olur və ağırlaşmalar daha az rast gəlinir. Bu səbəbdən ürək əzələsinin canlı­lığını PET/CT examination ilə dəyərləndirməklə xəstə­yə ən uyğun və uğurlu müalicə qərarı verilir.

ELMİ FAKTLAR

CANLILIQ İLƏ FUNKSİONAL BƏRPA ARASINDA ƏLAQƏ
47 nəfərlik prospektiv araşdırmada revaskulyarizasiya sonrası sol mədəcik atım fraksiyası artması ilə canlı toxuma arasında qüv­vətli (r=0.79, p<0.01) əlaqə olduğu sübut olun­muşdur. Burada PET/KT-nin proqnoz vermə həs­sas­lığı və spesifikliyi yüksək (uyğun olaraq 86% və 92%) olduğu müəyyən edilmişdir.
PET/KT-NİN ƏMƏLİYYATDAN SONRAKI ÖLÜMLƏR ÜÇÜN VERDİYİ PROQNOZ
476 nəfərlik retrospektiv araşdırmada canlılıq üçün PET/CT examinationndən keçən xəstələr ilə müayinə olunma­yanlar qarşı­laş­dırıl­mış, revas­kulya­rizasiya sonrası xəstə­xana daxili ölüm sayı birinci qrupda 1.3% ikən, müayinə olunma­yan qrupda 10.1% olmuşdur.

1 İLLİK MÜALİCƏ ƏRZİNDƏ PET/KT-NİN PROQNOSTİK ƏHƏMİYYƏTİ
Metaanaliz nəticəsinə görə PET/KT müayinə­si ilə canlı miokard möv­cud­luğu təsdiq­lənərək revas­kulyariza­siya olunan xəstələrin illik ölüm gös­təri­cisi 3.2% ikən, dərman müalicəsi ilə davam edilən xəstələrdə 16% olmuşdur. Kifayət qədər canlı miokard toxuması olmayan xəstələrdə isə əksinə revas­kulyariza­siya olunan xəstə­lərdə ölüm faizi (7.7%) dərman ilə müalicə alanlardan (6.2%) yüksək olmuşdur.
5 İLLİK MÜALİCƏ ƏRZİNDƏ PET/KT-NİN PROQNOSTİK ƏHƏMİYYƏTİ
Başqa bir metaanaliz nəticəsinə görə 5 il ərzində PET/KT müayinə­si ilə canlı miokard möv­cud­luğu təsdiq­lənərək revas­kulyariza­siya olunan xəstələrin ölüm göstəricisi dərman müalicəsi ilə davam edilən xəstələrdən xeyli az olmuşdur. (Birinci qrup 11%, ikinci qrup 40%, p<0.05)

PET/KT MÜAYİNƏSİNİN ELMİ ƏSASI

İnsan orqanizmində hüceyrələrin əsas enerji mənbəyi qlükozadır. 1924-cü ildə Nobel mükafatı laureatı Otto Warburg müşahidə etmişdi ki, şiş hüceyrəsi normal hüceyrədən 200 dəfə artıq qlükoza sərf edir. Buna səbəb şiş hüceyrələrinin nəzarətsiz şəkildə sürətlə böyüyüb çoxalmasıdır.

FOLLOW US