ƏHƏMİYYƏTİ

PET/KT müayinəsinin əhəmiyyəti nədir?

Bu müayinə metodu vasitəsilə ilkin diaqnozun qoyulması ilə yanaşı, bəlli bir xəstəliyin yayılması, inkişaf dərəcəsini, o cümlədən, yerli və uzaq metastazların olub olmaması, aparılacaq müalicənin gözlənilən effektivliyi və faydasını əvvəlcədən qiymətləndirmək mümkündür.


Erkən və dəqiq qoyulmuş diaqnoz, düzgün müalicə üsulunun seçilməsi xəstənin gələcək taleyini müəyyənləşdirən vacib faktorlardır. PET/KT orqanizmin istənilən nöqtəsində toxumaların aktivliyini molekulyar səviyyədə qiymətləndirə bildiyindən xəstəliyin çox erkən mərhələsində (şişin ölçüsünün çox kiçik olduğu mərhələdə) diaqnoz qoyulmasına imkan yaradır.

MÜAYİNƏ NECƏ APARILIR?

PET/KT müayinəsi üçün müraciət edən xəstənin həmin gün ac olması mütləqdir. Xəstəyə venadaxili yol ilə yeridiləcək maddə adətən, qlükoza ilə bənzər tərkibli olduğundan müayinədən əvvəl xəstənin qanda şəkər səviyyəsi yoxlanılır. Xəstə inyeksiyadan sonra maddənin bədənə yayılması üçün xüsusi təyinatlı otaqda 45-60 dəqiqə müddətində gözləyir.

BİZİ İZLƏYİN