NETS 2017 Hyatt Regency Baku hoteli nin "Quba zalı"nda keçiriləcək. Azərbaycanda konfrans və tədbir keçirmə imkanlarının ilklərindən olan hotel İzmir parkı ilə üzbəüz yerləşmişdir.
Sizi 18 fevral tarixində Bakı şəhərində keçiriləcək 1-ci Neyroendokrin Törəmə Simpoziumuna böyük məmnuniyyətlə dəvət edirik.
Sizi ürəkdən salamlayır və bu günü bizimlə birlikdə keçirəcəyinizə görə dərin minnətdarlığımızı bildirmək istəyirik.
Təcrübələrimizi paylaşa biləcəyimiz şəraitdən dolayı iştirakınızı yüksək qiymətləndirir, birlikdə bu tədbirin imkanlarından faydalanacağımıza inanırıq.
Nəzərinizə çatdırırıq ki, simpoziumda iştirak pulsuzdur, amma yerlər məhdud olduğundan erkən qeydiyyat vacibdir.
Qeydiyyat başa çatmışdır. (250 nəfər)
Zaman | Mövzu | Məruzəçi |
---|---|---|
14:00—14:20 | Qeydiyyat | |
14:20—14:25 | Açılış və Nüvə Təbabəti Mərkəzi haqqında video klip | Prof. Dr. Əziz Əliyev |
14:25—14:30 | Açılış | Elmin İnkişafı Fondunun direktoru Elçin Babayev |
1-ci sessiya, Sədr: Dr. Fuad Novruzov, Dr. Anar Əliyev |
||
14:30—14:50 | Neyroendokrin Törəmələrin endokrinoloji aspektdən dəyərləndirilməsi | Dr. Hidayət Məmmədzadə |
14:55—15:10 | Boynun Neyroendokrin Törəmələri | Prof. Dr. Əziz Əliyev |
15:15—15:35 | Həzm və tənəffüs sisteminin Neyroendokrin Törəmələri | Prof. Dr. Serdar Turhal |
15:40—15:55 | Neyroendokrin Törəmələrin şüa diaqnostikası | Dr. Elnur Mehdi |
15:55—16:15 | Neyroendokrin Törəmələrin diaqnozunda PET/KT müayinəsi | Dr. Fuad Novruzov |
16:20—16:30 | Çay fasiləsi | |
2-ci sessiya, Sədr: Dr. Hidayət Məmmədzadə, Dr. Fuad Əliyev |
||
16:30—16:45 | Neyroendokrin Törəmələrin kardioloji aspektdən dəyərləndirilməsi | Dr. Fuad Səmədov |
16:50—17:05 | Neyroendokrin Törəmələrin histomorfoloji əlamətləri | Dr. Bahadur Abbasov |
17:10—17:25 | Xəstə nümunələri ilə Neyroendokrin Törəmələr | Prof. Dr. Serdar Turhal |
17:30—17:50 | Neyroendokrin Törəmələrin radioaktiv "target" müalicəsi | Prof. Dr. Cüneyt Türkmen |
17:50—18:00 | Müzakirələr | |
Sizə yadda qalan və faydalı prezentasiya təqdim etmək üçün mütəxəssisi olduqları spesifik ixtisas üzrə məruzəçilər dəvət etmişik.
Milli Onkologiya Mərkəzi, Baş-Boyun Cərrahiyyəsi şöbəsi
İstanbul Universiteti Çapa Tibb Fakültəsi Xəstəxanası, Nüvə Təbabəti Kafedrasının rəhbəri
Anadolu Sağlıq Mərkəzi, Tibbi Onkologiya şöbəsi
Baku Medikal Plaza, Endokrinologiya şöbəsinin müdiri
Milli Onkologiya Mərkəzi, Nüvə Təbabəti şöbəsinin müdiri
Milli Onkologiya Mərkəzi, Nüvə Təbabəti şöbəsinin şüa diaqnostika həkimi
Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikanın Kardiologiya şöbəsi
Milli Onkologiya Mərkəzi, Patohistomorfologiya şöbəsi
Bu tədbirə göstərdikləri dəstəyə görə sponsorlarımıza dərin təşəkkürümüzü bildiririk.
“Sanovel İlaç Sanayi ve Ticaret A.Ş.”-nin Azərbaycan filialı.
Zəfəran Hospital - keyfiyyətli tibbi xidmət konsepsiyasını rəhbər tutaraq əhaliyə 24 saat xidmət göstərir.
SieTek şirkəti tibbi avadanlığın quraşdırılması və zəmanətli xidmət üzrə fəaliyyət göstərir.
NETS 2017 Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Hyatt Regency Baku hotelinin Quba Zalında keçiriləcək.
NETS 2017 Hyatt Regency Baku hoteli nin "Quba zalı"nda keçiriləcək. Azərbaycanda konfrans və tədbir keçirmə imkanlarının ilklərindən olan hotel İzmir parkı ilə üzbəüz yerləşmişdir.
Konfrans zalında siqaret çəkilməsi qadağandır.
Mühazirələr zamanı telefonlarınızı səssizə almağınızı xahiş edirik.
Təhlükəsizlik məqsədi ilə zal girişində yoxlama təşkil olunmuşdur. Sizin ID yaxa kartlarınız girişdə veriləcəkdir.
Avtobuslar: 3, 14, 17, 37 və ya 96, eləcə də 2, 14, 33, 52, 65, 79 və ya 96
Parklama: Mümkündür
Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixlə zəngin Bakı bu gün də dinamik inkişaf edir. Müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir. Ətraflı
Bakı Xəzər dənizinin qərb sahilində yerləşir, onun sahəsi 2,2 min kv.km təşkil edir. Şəhərin mərkəz hissəsi amfiteatr kimi pilə-pillə Bakı körfəzinə doğru enir. Bakının iqlimi mötədildir, yayı isti və bir qədər rütubətli, qışı isə mülayimdir. Tədbir tarixində havanın yağışlı və 2°C-3°C hərarətdə olması gözlənilir (ətraflı).
Hər hansı bir sual və ya təklif üçün: fuad.novruzov@ntm.аz