68Ga-PSMA PET/KT MÜAYİNƏSI

Prostat xərçənginin diaqnostikası

İstər dünyada, istərsə də Azərbaycanda kişilər arasında xərçəng xəstəliyinin ən çox rastlanan növü prostat xərçəngidir.


Müasir diaqnostika və müalicə metodları ilə prostat xərçəngi xəstələrinin ömrü uzadılsa da prostatektomiya və şüa terapiyadan sonra residivlərin, limfa düyünlərinə və digər orqanlara metastazların erkən aşkarlanması çox vaxt ənənəvi metodlarla mümkün olmur. Lakin müasir PET molekulyar görüntüləmə metodu ilə prostat spesifik membran antigenindən (PSMA) istifadə edərək çox kiçik ölçülərdə belə prostat xərçəng hüceyrələrinin yerini müəyyən edib, xəstəliyin böyük ağırlaşmalarının qarşısı zamanında alınmış olur.


Son araşdırmalar sübut edir ki, hələ heç bir şikayəti olmayan amma qandakı onkomarker dəyərlərində cüzi artışı olan xəstə qruplarında residivlərin aşkarlanmasında PSMA PET/KT ən həssas müayinə üsuludur.


PSMA, dərəcəsindən asılı olmayaraq bütün prostat xərçəng hüceyrələrinin memrbanında olur. Xərçəng hüceyrələrinə bağlanma qabiliyyətinin (affinlik və avidlik) yüksək olması səbəbi ilə prostat xərçənginin PET müayinəsində istifadə olunan ideal bioloji hədəf dərman maddəsidir. Yarımparçalanma müddəti 67 dəqiqə olan 68Ga maddəsi ilə birləşdirilərək istifadə olunur.


Müayinədən əvvəl xəstənin hər hansı bir xüsusi hazırlığına ehtiyac yoxdur.

68Ga-PSMA MÜAYİNƏSİNİN ELMİ ƏSASI

PSMA prostat xərçəngi toxumasında ekspressiya olunan tip II transmembran proteini olub, ​eyni zamanda ​Glutamat karboksipeptidaza II geni tərəfindən kodlaşdırılan bir fermentdir. PSMA əsasən prostat toxumasında daha çox ekspressiya olunur və digər toxumalarla müqayisədə prostat toxumasında ekspressiya səviyyəsi 100 dəfə yüksəkdir. PSMA-nın 68Ga radionuklidi ilə birləşdirilməsi nəticəsində pozitron yayıcı xüsusiyyətlərə sahib radiofarmasevtik dərman vasitəsi olan 68Ga-PSMA sintez edilir. 68Ga-PSMA prostat xərçənginin residivlərinin, beyin metastazlarının və eləcə də milimetrik limfa düyünlərinə olan metastazların diaqnostikasında PET-KT müayinəsi üçün yeni radiofarmasevtik dərman vasitəsi olaraq kilinik praktikada uğurla istifadə edilir.