KEYFİYYƏTƏ NƏZARƏT

FDG istehsal prosesi

FDG dərman vasitəsinin yarımparçalanma dövrü 2 saatdır. Sadə PET mərkəzlərində FDG dərman vasitəsi  kilometrlərlə uzaq məsafədən gətirildiyindən, xəstəyə verilənə qədər aktivliyini qismən itirmiş olur. Bizim mərkəzdə isə FDG dərman vasitəsi alt mərtəbədəki Siklotrondan alınan radionukliddən istehsal edilir və xəstəyə verilən anda yüksək keyfiyyətə və lazımi aktivliyə  malik olur.


İstehsal olunan dərman vasitəsinin dozası, toksikliyi və sterilliyi Avropanın yüksək EU-GMP standartlarına cavab verən xüsusi laboratoriyamızda yoxlanılır və keyfiyyətinə zəmanət verilir.

MÜASİR AVADANLIQLAR

PET/KT müayinəsi və istehsal prosesində bu sahədə ixtisaslaşmış qabaqcıl dünya şirkətlərinə məxsus tam avtolaşdırılmış avadanlıqlarından istifadə edilir.

BİZİ İZLƏYİN