ÜRƏYİN CANLILIQ MÜAYİNƏSİ

Müayinənin əhəmiyyəti nədir və nələri bilmək vacibdir?

Ürəyin sol mədəcik çatışmazlığı – adekvat qan dövranını təmin edən ürək əzələsinin (miokard) yığılma qabiliyyətinin zəifləməsi, orqanizmin funksional təchizatının təmin edilə bilinmə­məsi və ölüm riskinin artması ilə nəticə­lənən kompleks bir sindromdur. Yaşlı əhalinin xəstəxa­naya yatışlarının başlıca səbəbi ürək çatışmaz­lığıdır. Ürək çatışmazlığının yaranma səbəb­lərinin üçdə ikisi ürəyin işemik xəstəliyidir (ÜİX). Sübut olunmuşdur ki, qeyri-funksional amma canlı olan miokardın qan təchizatı təmin edilərsə, həmin miokard toxumasının yığılma qabiliyyəti də bərpa olur.

ÜİX və ciddi sol mədəcik çatışmazlığı (sol mədəcik atım fraksiyası – EF 5%) olan xəstələrin müalicə­sində dərman terapiyası, tac damarların stent­lən­məsi və şuntlama əməliyyatı əsas müalicə metod­ları­­dır. Araşdırmalar göstərir ki, kifayət qədər canlı ürək toxuması olan xəstələr­də müdaxilə (stentləmə və şuntlama) sonrası nəticə­­lər daha yaxşı olur və ağırlaşmalar daha az rast gəlinir. Bu səbəbdən ürək əzələsinin canlı­lığını PET/KT müayinəsi ilə dəyərləndirməklə xəstə­yə ən uyğun və uğurlu müalicə qərarı verilir.

Ürəyin sol mədəcik çatışmazlığı – adekvat qan dövranını təmin edən ürək əzələsinin (miokard) yığılma qabiliyyətinin zəifləməsi, orqanizmin funksional təchizatının təmin edilə bilinmə­məsi və ölüm riskinin artması ilə nəticə­lənən kompleks bir sindromdur. Yaşlı əhalinin xəstəxa­naya yatışlarının başlıca səbəbi ürək çatışmaz­lığıdır. Ürək çatışmazlığının yaranma səbəb­lərinin üçdə ikisi ürəyin işemik xəstəliyidir (ÜİX). Sübut olunmuşdur ki, qeyri-funksional amma canlı olan miokardın qan təchizatı təmin edilərsə, həmin miokard toxumasının yığılma qabiliyyəti də bərpa olur.

ÜİX və ciddi sol mədəcik çatışmazlığı (sol mədəcik atım fraksiyası – EF 35%) olan xəstələrin müalicə­sində dərman terapiyası, tac damarların stent­lən­məsi və şuntlama əməliyyatı əsas müalicə metod­ları­­dır. Araşdırmalar göstərir ki, kifayət qədər canlı ürək toxuması olan xəstələr­də müdaxilə (stentləmə və şuntlama) sonrası nəticə­­lər daha yaxşı olur və ağırlaşmalar daha az rast gəlinir. Bu səbəbdən ürək əzələsinin canlı­lığını PET/KT müayinəsi ilə dəyərləndirməklə xəstə­yə ən uyğun və uğurlu müalicə qərarı verilir.

ELMİ FAKTLAR

CANLILIQ İLƏ FUNKSİONAL BƏRPA ARASINDA ƏLAQƏ
47 nəfərlik prospektiv araşdırmada revaskulyarizasiya sonrası sol mədəcik atım fraksiyası artması ilə canlı toxuma arasında qüv­vətli (r=0.79, p<0.01) əlaqə olduğu sübut olun­muşdur. Burada PET/KT-nin proqnoz vermə həs­sas­lığı və spesifikliyi yüksək (uyğun olaraq 86% və 92%) olduğu müəyyən edilmişdir.
PET/KT-NİN ƏMƏLİYYATDAN SONRAKI ÖLÜMLƏR ÜÇÜN VERDİYİ PROQNOZ
476 nəfərlik retrospektiv araşdırmada canlılıq üçün PET/KT müayinəsindən keçən xəstələr ilə müayinə olunma­yanlar qarşı­laş­dırıl­mış, revas­kulya­rizasiya sonrası xəstə­xana daxili ölüm sayı birinci qrupda 1.3% ikən, müayinə olunma­yan qrupda 10.1% olmuşdur.

1 İLLİK MÜALİCƏ ƏRZİNDƏ PET/KT-NİN PROQNOSTİK ƏHƏMİYYƏTİ
Metaanaliz nəticəsinə görə PET/KT müayinə­si ilə canlı miokard möv­cud­luğu təsdiq­lənərək revas­kulyariza­siya olunan xəstələrin illik ölüm gös­təri­cisi 3.2% ikən, dərman müalicəsi ilə davam edilən xəstələrdə 16% olmuşdur. Kifayət qədər canlı miokard toxuması olmayan xəstələrdə isə əksinə revas­kulyariza­siya olunan xəstə­lərdə ölüm faizi (7.7%) dərman ilə müalicə alanlardan (6.2%) yüksək olmuşdur.
5 İLLİK MÜALİCƏ ƏRZİNDƏ PET/KT-NİN PROQNOSTİK ƏHƏMİYYƏTİ
Başqa bir metaanaliz nəticəsinə görə 5 il ərzində PET/KT müayinə­si ilə canlı miokard möv­cud­luğu təsdiq­lənərək revas­kulyariza­siya olunan xəstələrin ölüm göstəricisi dərman müalicəsi ilə davam edilən xəstələrdən xeyli az olmuşdur. (Birinci qrup 11%, ikinci qrup 40%, p<0.05)

PET/KT MÜAYİNƏSİNİN ELMİ ƏSASI

İnsan orqanizmində hüceyrələrin əsas enerji mənbəyi qlükozadır. 1924-cü ildə Nobel mükafatı laureatı Otto Warburg müşahidə etmişdi ki, şiş hüceyrəsi normal hüceyrədən 200 dəfə artıq qlükoza sərf edir. Buna səbəb şiş hüceyrələrinin nəzarətsiz şəkildə sürətlə böyüyüb çoxalmasıdır.

СЛЕДИТЕ ЗА НАМИ